"Hizbullah" İsrailə raket zərbələri endirib

Hizbullah İsrailə raket zərbələri endirib
Siyasət 112

“Hizbullah” qruplaşması üç döyüşçünün həlak olması ilə nəticələnən hava hücumlarına cavab olaraq Qərbi Qalileydə İsrail yaşayış məntəqələrinə çoxlu raket zərbələri endirib.

BAKU.WS xəbər verir ki, “Hizbullah” hərəkatının “Telegram” kanalında yerləşdirilmiş bəyanatında İsrailin Avivim, Baram və Şlomidəki hərbi bazalarının atəşə tutulduğu bildirilir.

“Düşmən qüvvələrinə onlarla raket atılıb, düşmənin canlı qüvvə və texnika itkiləri qeydə alınıb”,, - deyə mətndə bildirilir.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının 3 üzvünü öldürmüşdü. Öldürülənlər arasında “Hizbullah” hərəkatının səhra komandirinin də olduğu bildirilirdi.

Son xəbərlər