Livandakı Hizbullahdan İsrailə gecə yarısı intensiv raket hücumu - VİDEO
Livandakı Hizbullah, yüksək rütbəli komandirlərindən Fuad Şükür və HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İsrailin şimalına intensiv raket hücumu həyata keçirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Livan ərazisindən 48 saat sonra ilk dəfə raketlərin atıldığı İsrailin şimalında sirenlər çalıb.
Hücuma görə məsuliyyəti Hizbullah üzərinə götürüb.
Hücumla bağlı təfərrüat verilməsə də, sosial mediada İsrailin hava hücumundan müdafiə sistemlərinin Qalileyanın qərbindəki bir bölgədə aktivləşdiyini göstərən görüntülər paylaşılıb. Hava hücumundan müdafiə sistemi raketləri məhv edərkən bölgədə partlayış səsləri eşidilsə də, hər hansı can itkisi və ya maddi tələfat olub-olmadığı barədə rəsmi qurumlar məlumat verməyib.
Ardınca Hizbullah rəsmi teleqram hesabında bəyanat dərc edərək hücumun məsuliyyətini üzərinə götürüb. Açıqlamada İsrailin Livanın cənubundakı Şema qəsəbəsinə hücumuna cavab olaraq onlarla Katyuşa raketinin atıldığı qeyd edilib. Livan mətbuatı İsrail ordusunun Livanın cənubundakı Ramya və Ayta əş-Şaab qəsəbələrinə artilleriya hücumu həyata keçirdiyini yazıb.
Oxşar xəbərlər
Əvvəlcə övladları, indi isə özü öldürüldü - İsmayıl Haniyə kimdir?
Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun lideri İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimindən sonra paytaxt T...