Hər il 10 gəncə on min manat veriləcək
28
iyn
2019
19:46
Azərbaycanda ildə bir dəfə 10 gəncə Prezident Mükafatı veriləcək.BAKU.WS-in məlumatına görə, bununla bağlı Prezident ilham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.Mövcud sənəddə qeyd edilib ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilir.Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.
Oxşar xəbərlər
Prezident bu şəxslərin müavinətlərini artırdı - FƏRMAN
Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına dəyişiklik edib.Dəy...