"Haber Global": "İlham Əliyev müstəqilliyin elan edildiyi gündə Şuşaya anlamlı səfər reallaşdırdı"
Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdə Azərbaycanın milli bayramı - Müstəqillik Günündə önəmli açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Prezident İlham Əliyevin Şuşaya səfərinə dair hazırladığı süjetdə deyilir.
Bildirilib ki, Azərbaycan 28 May - Müstəqillik Gününün 108-ci ildönümünü qeyd edir. Süjetdə qeyd edilir ki, Prezident İlham Əliyev müstəqilliyin elan edildiyi gündə Şuşaya anlamlı səfər reallaşdırıb."Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir" , - deyə telekanal dövlət başçısından sitat gətirib.
"Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir" , - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir.
Oxşar xəbərlər
MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb
Türkmənistanda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə qeyri rəsmi görüşü olub. BAKU....