"Haber Global": Cənubi Qafqaza sülh gətirən tarixi hadisənin bir ili tamam oldu
"Düz bir il əvvəl, 2025-ci il avqustun 8-də Vaşinqton tarixi bir sammitə ev sahibliyi etdi. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini parafladılar".
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"da yayımlanan süjetdə qeyd olunub.
Bildirilib ki, Azərbaycanın İkinci Qarabağ savaşında qələbəsi Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı bir daha təsdiqlədi. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın ev sahibliyi etdiyi sammit sülhdən inkişafa gedən yolun təməl daşlarından birinə çevrildi. Cənubi Qafqazda sülh gündəliyini müəyyən edən əsas aktor olan Azərbaycanın izlədiyi strategiya isə regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlığın əsasını təşkil etdi.
Videomaterialda qeyd olunub ki, yeni prosesin ən vacib nailiyyətlərindən biri də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Məlumata görə, türk dünyası üçün çox vacib olan bu layihə üzərində işlər davam edir.
"İndi Qarabağ dirçəlir. Erməni işğalının izləri bir-bir silinir. Azərbaycanlılar vətənlərinə qayıdırlar", - deyə süjetdə qeyd olunub.
Oxşar xəbərlər
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin M...