"Haber Global": Azərbaycanın antiterror əməliyyatını şərtləndirən faktorlar var idi

Haber Global: Azərbaycanın antiterror əməliyyatını şərtləndirən faktorlar var idi
Video
Siyasət 63

Türkkiyənin "Haber Global" telekanalı Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatlarının bir ilinin tamam olması barədə süjet hazırlayıb.

BAKU.WS xəbər verir ki, materialda sözügedən tədbirlərlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi diqqətə çatdırılıb.

Həmçinin, bildirilib ki, ötən ilin noyabr ayında Xankəndidə keçirilən Zəfər keçidi Azərbaycanın gücünün və ordunun qüdrətinin növbəti parlaq təzahürü olmaqla tarixə düşdü.

Vurğulanıb ki, Azərbaycanın antiterror tədbirlərini şərtləndirən bir neçə faktor var idi: "Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın tələblərinə zidd olaraq qoşunlarını Qarabağdan çıxarmamış, ərazini silahsızlaşdırmamışdı. Əksinə, Qarabağdakı ermənilər silahla təmin edilirdi. Qarabağa hərbi texnika və silah daşınırdı. Həmçinin, Azərbaycan Ordusunun mövqeləri qarşısında mühəndis-istehkam işləri görülürdü. Kəşfiyyat-diversiya qrupları fəaliyyətini gücləndirmişdi. Yollar yenidən minalanırdı".

Qeyd olunub ki, Ermənistanın təxribatları bununla da bitmirdi: "2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü münasibətilə separatçı rejimə təbrik məktubu göndərdi. Sentyabrın 9-da Qarabağda qondarma prezident seçkiləri keçirildi. Bunlar Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Ona görə də terrorla mübarizə istiqamətində addımların atılması şərt olmuşdu. Azərbaycan ordusu riyakar addımların fərqində idi. Beləliklə, sentyabrın 19-da lokal antiterror tədbirləri başlandı".

Daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər