Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb
11
apr
2025
16:31
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Dəmir Yolları yayıb.
Bildirilib ki, Bakı və Tbilisi arasında sərnişin qatarının bərpası üzrə işlər davam edir, lakin sərnişin daşımaların bərpa olunacağı tarix daha sonra açıqlanacaq.
Qeyd edək ki, daha əvvəl reyslərin 1 may tarixində bərpa ediləcəyi açıqlanmışdı.
Oxşar xəbərlər
Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından...