Gürcüstan dron istehsal etmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan silahlı qüvvələrinin döyüş qabiliyyətini yerli dronlar istehsal edərək artırmağa çalışacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin “nazir saatı” formatında çıxış edən müdafiə naziri Cuanşer Burçuladze deyib. Bildirib ki, Gürcüstan “Delta” elmi texniki mərkəzində kiçik və böyük ölçülü dronların hazırlanması ilə bağlı Cənubi Afrika və Polşa şirkətləri ilə aktiv müzakirələrə başlayıb.
Nazir qeyd edib ki, Gürcüstan hökuməti bölgədə aparılan son döyüş əməliyyatlarında da istifadə edilən əməliyyat-taktiki dronlara, radio-elektron mübarizə və müşahidə cihazlarına xüsusi diqqət ayırır.
Oxşar xəbərlər
Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib. BAKU.WS report-a istinadən xəbər verir ki, 89 deputat...