Gürcüstan hərbi dronların istehsalına başlaya bilər
Gürcüstanda hərbi dronların istehsalına başlanıla bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, “Delta” elmi-hərbi mərkəzin nəzdində olan Tbilisi aviasiya zavodunun potensialından istifadə etməmək sadəcə günahdır: “Məhz həmin zavod və orada çalışan insanların sayəsində dronların istehsalına başlamaq mümkündür”.
İ.Qaribaşvili aviazavodun ən yüksək texnologiyalı müəssisələrdən biri olduğunu qeyd edib: “Bazarda rəqabət böyük deyil, belə ki, bu gün uçuş aparatlarını dünyanın 20 ölkəsi istehsal edir”.
Oxşar xəbərlər
Gürcüstanın yeni hökuməti təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib. BAKU.WS report-a istinadən xəbər verir ki, 85 deputat yeni hökumətin lehinə səs verib. Giorgi Qax...