Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat əleyhinə səs verib.
İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.
Qeyd edək ki, 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub. O, artıq ikinci dəfədir hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-cü ilin noyabrında baş nazir təyin olunan İ.Qaribaşvili 2015-ci ilin dekabrında vəzifəsindən istefa verib.
Oxşar xəbərlər
Gürcüstanda yeni hökumətin tərkibi açıqlandı
Gürcüstan Baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili bəyan edib ki, onun hökumətində cəmi iki yeni nazir olacaq. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki...