Günün Yekunu - 23 aprel 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
"Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117229
Sabiq deputat Hüseynbala Mirələmovun qalmaqallı videosu ABŞ-ın məşhur kanalında yayımlanıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/117244
İşsiz vətəndaşlar peşə hazırlığa kursuna cəlb olunarkən onlara 250 manat, yəni minimum əmək haqqı həcmində təqaüd təyin olunur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/117254
Koronavirusa yoluxmuş və evdə müalicə alan xəstələrə pulsuz dərmanların verilməməsi barədə növbəti fakt qeydə alınıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117256
“Xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara 190 manatın verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/117259
Məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə də yaxşı əks olunub və bu işi Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov aparır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/117264
Prezident İlham Əliyev "Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117265
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/117272
Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/117287
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb, 2191 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117290
Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsindən azad edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117292
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117293
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117297
Oxşar xəbərlər
Günün Yekunu - 19 mart 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. "Bu günlərdə 3 xəstəmizdə Britaniya ştam...