SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib.

BAKU.WS xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb.

Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.

BAKU.WS