Azərbaycanda karantinin yumşalacağı ilə bağlı AÇIQLAMA

"Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik".
BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"-də yayımlanan "İş vaxtı" verilişində qonaq olan Almaniyada çalışan həkim Ümüd Səlimzadə bildirib.
Onun sözlərinə görə, vaksinasiya prosesi nə qədər tez həyata keçirilərsə, karantinin yumşalmaları da bir o qədər tez ola bilər: "Əhali daha tez peyvəndlənməyə getməlidir. Biz nə qədər tez peyvəndlənə bilsək, İsrail və Böyük Britaniyanın misalında o qədər tez yumşalmalara gediləcək".
Oxşar xəbərlər
Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb. BAKU.WS “Musavat.com”a istinadən xəbər verir ki, təkcə yanvarın 25-nə olan statistik məlum...
