Günün Yekunu - 22 fevral 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Son günlər koronavirusa yoluxmanın sayında müşahidə olunan azalma karantin qaydalarının bir az da yumşaldılacağı ehtimalını artırıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/112156
Bakıda 20 yaşlı Sevil Atakişiyevanın özünü binadan ataraq canına qəsd etməsi son günlərin ən çox müzakirə edilən mövzusudur. Hadisə fevralın 18-də, Xətai rayonu, Yeryemenko küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/112161
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112165
Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112167
"Pandemiya dövründə aparılan tədbirlər nəticəsində bizə müraciət edən vətəndaşlardan 700-dən çoxunun işinə əsassız xitam verilməsi məlum olub və onlar öz işlərinə bərpa ediliblər".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112168
Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra bəzi erməni quldurlarının Dağlıq Qarabağda separatçılıq fəaliyyəti ilə məşğul olması narahatlıq yaradır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/112170
"Şuşaya gedən yolun 61 kilometr hissəsi minadan tam təmizlənməyib. Yalnız yolun 6-7 metr olan hissəsi minadan təmizlənib ki, yolu işləmək mümkün olsun. Bu yol ölkə başçısının tapşırığı ilə ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/112177
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/gismeteo/112180
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112187
Vətən müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112190
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112194
Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112195
"Valideynlər anlamalıdırlar ki, 2021-ci ildə övladlarını evdə qapalı saxlamağın heç bir mənası yoxdur. Onun əvəzinə valideynlər övladlarına elə tərbiyə verməlidirlər ki, övlad savadlı, mənəvi cəhətdən güclü olsun və atdığı addımların məsuliyyətini dərk etsin".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112198
Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112201
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl şirkətin uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək nəzərdə tutulur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112207
Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112209
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd barədə məlumat yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112213
Oxşar xəbərlər
Günün Yekunu - 4 fevral 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Daxili İşlər Nazirliyində daha bir kadr...