“Günü Yekunu” - 2 sentyabr 2019
02
sen
2019
22:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/68864
Bu gündən Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri başlayır.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/68862
Son günlər Azərbaycanda toylarda zəhərlənmə hallarının sayı artıb. İstər Bakı, istərsə də, rayonlarda keçirilən mərasimlərdə qida zəhərlənməsi ilə bağlı şikayətlər daxil olub. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara müraciət edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68876
Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/68884
Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir.Verilən məlumata görə, bu məqsədlə bu gündən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68891Sentyabrın 1-dən Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhrrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir.Bu ay boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.Artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68902
Bakıya Türkiyədə istehsal edilən və hər biri 519 min AZN olan 300 avtobus gətirilir.Həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacağı gözlənilir.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68906
Oxşar xəbərlər
“TurAz Qartalı - 2019” başladı - VİDEO
Bu gündən Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə “TurAz Qartalı - 2019...