“Günün Yekunu” - 31 avqust 2019
31
avq
2019
16:00
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub.Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68801
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68809
Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur.BAKU.WS xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bu barədə danışıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68810
Sabahdan Azərbaycanda minimum əməkhaqqı artacaq. Bununla bağlı Prezident İlham Əliyev cari ilin iyun ayında sərəncam imzalayıb.Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68814
Oxşar xəbərlər
Novruz Məmmədov Surət Hüseynovun qərarında dəyişiklik etdi
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmi...