Novruz Məmmədov Surət Hüseynovun qərarında dəyişiklik etdi
31
avq
2019
10:05
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.BAKU.WS Xalq qəzetinə istinadən Baş nazırın imzaladığı qərarı təqdim edir:Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı” aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri - Azərbaycan Respublikası Baş Nazirinin müaviniKomissiya sədrinin müavini - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisiKomissiyanın üzvləri:Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiriAzərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müaviniAzərbaycan Respublikası Səhiyyə nazirinin müaviniAzərbaycan Respublikası Təhsil nazirinin müavini“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədriAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədriBakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədriAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisiAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəqliyyatda daşımalar və yol hərəkətinin təşkili kafedrasının müdiriBakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiriAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi”.Xatırladaq ki, sözügedən qaydalar 3 mart 1994-cü ildə baş nazir Surət Hüseynov tərəfindən təsdiq olunub.
Oxşar xəbərlər
Sahil Babayevə daha bir vəzifə verildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Re...