Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
16
noy
2018
20:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711, № 10, maddə 1653; 2017, № 2, maddə 213) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:"1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:Kollegiyanın sədri Azərbaycan Respublikasının vergilər naziriKollegiyanın üzvləri Azərbaycan Respublikası vergilər nazirinin birinci müaviniAzərbaycan Respublikası vergilər nazirinin müavinləriNaxçıvan Muxtar Respublikasının vergilər naziriAzərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoruAzərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoruAzərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru”.BAKU.WS
Oxşar xəbərlər
Prezident İnam Kərimovun bu vəzifəsini əlindən aldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb. BAKU.WS-in...