Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib
27
iyn
2018
21:55
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziriValeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müaviniNatiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiriSamir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziriŞahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziriElman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri“Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilir.BAKU.WS
Oxşar xəbərlər
Gənclər Fondu Müşahidə Şurasının tərkibi təsdiqlənib
Azərbaycan prezidenti İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Gənclər F...