Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır"
"Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığı yüksələn xətlə və davamlı şəkildə inkişaf edir. Çin ölkəmizin aparıcı iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu kimi, Azərbaycan da Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşıdır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda Baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, ticarət dövriyyəsi 2026-cı ilin yeddi ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,6 milyard ABŞ dollarına çatıb:
"Ticarət əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarında təşviqi istiqamətində ardıcıl iş aparılır. İnvestisiya sahəsində əməkdaşlığımız da müsbət dinamika nümayiş etdirir. 1995-ci ildən başlayaraq Çindən Azərbaycana 976 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb. Eyni zamanda, Azərbaycandan Çinə yatırılan sərmayələrin ümumi həcmi 1,9 milyard ABŞ dolları təşkil edib".
"Hazırda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri daxil olmaqla, Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında 455 Çin şirkəti aktiv fəaliyyət göstərir. Çinin iri şirkətləri ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihə həyata keçirilir. Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Çin əməkdaşlığında xüsusi yer tutur. Cari ilin ötən yeddi ayında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 272,6 min ton təşkil edib", - deyə Baş nazirin müavini vurğulayıb.
Ş.Mustafayev deyib ki, 2025-ci ildə viza rejiminin qarşılıqlı ləğv olunması turizm əlaqələrinin genişlənməsinə mühüm təkan verib:
"Ötən il Azərbaycana səfər edən çinli turistlərin sayı 42 faiz, Azərbaycandan Çinə turist axını isə təxminən 85 faiz artıb".
Oxşar xəbərlər
Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi
2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin "müstəqillik bəyannaməsinin qəbulu günü" ilə bağlı təbrik müraci...