Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi
28
sen
2018
10:36
Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib.BAKU.WS report-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədov “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyi açılması barədə qərar imzalayıb.Qərar həmin qərarın məxfiliyinin açılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.BAKU.WS
Oxşar xəbərlər
Dövlət qurumlarına yeni avtomobillər veriləcək – YENİ QƏRAR
Dövlət qurumlarına yeni avtomobillər veriləcək.BAKU.WS xəbər verir ki, bu barədə Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120...