Sabahdan maaşlar artır
31
avq
2019
12:32
Sabahdan Azərbaycanda minimum əməkhaqqı artacaq.BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev cari ilin iyun ayında sərəncam imzalayıb.Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Oxşar xəbərlər
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məb...