SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.

BAKU.WS “Marja”ya istinadla xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.

Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaqdır. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir.

Layihə “Təbriz Centre” MMC tərəfindən reallaşdırılır. Podratçı “Xəzər-2016 İnşaat” MMC-dir.
BAKU.WS
QALEREYA