Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək

Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək
Sosial 6480
“Söküləcək “Təbriz” kinoteatrının ərazisi xüsusi mülkiyyətdə olan özəl torpaq sahəsidir. Bununla bağlı sahibkarda Əmlak Məsələləri Dövlət Komitəsindən çıxarış var”.BAKU.WS xəbər verir ki, bu barədə ONA-ya Nizami Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.Bildirilib ki, “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”.Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək.Xatırladaq ki, Bakının Nizami rayonu ərazisində yerləşən "Təbriz" kinoteatrı 1970-ci illərdə "Sevinc" adı ilə fəaliyyətə başlayıb. Sonradan kinoteatr "Təbriz" adlandırılıb.

Oxşar xəbərlər

Bakıda tıxacın qarşısını almaq üçün daha bir addım - VİDEO

Bakıda tıxacın qarşısını almaq üçün daha bir addım - VİDEO

Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlanılıb.Bu barədə Bakı Nəqliyyat...

3707 Hadisə 16:36 12 noyabr 2018

Son xəbərlər