Bakıda tıxacın qarşısını almaq üçün daha bir addım - VİDEO

Bakıda tıxacın qarşısını almaq üçün daha bir addım - VİDEO
Video
Hadisə 3701

Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlanılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə məlumata bildirib.

Verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin hazırladığı layihəyə əsasən, Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağı təşkil ediləcək və sola dönən nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Bununla yanaşı Təbriz küçəsində piyada keçidinin təşkili də nəzərdə tutulub.

Layihənin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərə ŞAD XƏBƏR – FOTO

Sürücülərə ŞAD XƏBƏR – FOTO

Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Ma...

3647 Sosial 15:18 15 oktyabr 2018

Son xəbərlər