Sürücülərə ŞAD XƏBƏR – FOTO

Sürücülərə ŞAD XƏBƏR – FOTO
Sosial 3647

Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə bildirib.

Verilən məlumata görə, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.

Sürücülərə ŞAD XƏBƏR – FOTO

Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.

Ziya Bünyadov prospekti ilə 20 yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti-Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər.

Sürücülərə ŞAD XƏBƏR – FOTO

Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsi ilə nizamlanacaq.

Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edirik.

BAKU.WS
Sürücülərə ŞAD XƏBƏR – FOTO

Oxşar xəbərlər

Paytaxtda bu dairədə hərəkət bərpa ediləcək

Paytaxtda bu dairədə hərəkət bərpa ediləcək

Ziya Bünyadov prospekti, kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumat...

671 Sosial 14:47 15 oktyabr 2018

Son xəbərlər