Bakıda yeni “Mall” tikilir - FOTO

02
sen
2019
12:06
Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.BAKU.WS “Marja”ya istinadla xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaqdır. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir.Layihə “Təbriz Centre” MMC tərəfindən reallaşdırılır. Podratçı “Xəzər-2016 İnşaat” MMC-dir.
Qalereya
Oxşar xəbərlər
“Metropark” ticarət və əyləncə mərkəzi bağlanıb
Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzindəki yanğınla bağlı mərkəzə giriş bağlanıb.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, 3 gün ərzində...
