Bakıya hər biri 519 min AZN olan 300 avtobus gətirilir - EKSKLÜZİV FOTO
02
sen
2019
16:19
Bakıya Türkiyədə istehsal edilən 300 yeni avtobus gətirilir.BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobuslar yaxın aylarda Bakı yollarında istismara veriləcək.Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacağı gözlənilir.BNA-nın sözçüsü Mais Ağayevin BAKU.WS-ə açıqlamasına görə, hazırda avtobusların gətirilməsi davam etdirilir. O bildirib ki, avtobusların 28-i 12 metrlik, 20-si isə 18 metrlikdir. M.Ağayev avtobusların qiyməti haqqında isə məlumatlı olmadığını söyləyib.Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 300 avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi “BMC Otomativ Sanaye ve Ticaret A.S.”. İki qurum arasında 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb.Müqaviləyə əsasən Bakı üçün istehsal edilən avtobuslar “BMC Procity (12 M) CNG” və “BMC Procity (18 M) CNG” modelləridir. Avtobuslar sıxılmış qazla işləyir. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 127 ayaq üstə) tutumuna malikdir.Adları qeyd edilən bu avtobusların “BMC” şirkətinin saytındakı rəsmi satış qiymətləri ilə sizi tanış edirik:
18 metrlik modelin CNG versiyasının qiyməti göstərilməsə də, dizel versiyası 1 milyon 675 min lirəyə satılır. Bu da gömrük vergisi ilə birlikdə Azərbaycan valyutası ilə 668 min 278 avro edir. CNG versiyası isə dizel versiyasından daha bahadır.12 metrlik “BMC” avtobuslarından 280 ədəd gətiriləcəyini nəzərə alsaq, təkcə bu modelin BNA-ya 145 milyon 422 min 200 manata başa gəldiyini demək mümkündür. 18 metrlik versiyanın qiyməti dəqiq bilinmədiyi üçün neçəyə başa gəldiyi bilinmir.Qeyd edək ki, 1964-cü ildə yaradılan “BMC” şirkəti müxtəlif təyinatlı avtobuslarla yanaşı, yük maşınları və hərbi texnikalar da istehsal edir. Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlanmış müqavilə şirkət tarixinə düşüb. Belə ki, bu vaxta qədər “BMC” heç bir ölkəyə və ya quruma bir dəfəyə 300 ədəd nəqliyyat vasitəsi satmayıb.Fərid ƏDALƏT
Model | `Rəsmi qiymət | Gömrük vergisi | Yekun qiymət |
“BMC Procity (12 M) CNG” | `204 min 200 avro`(381 min 880 manat | 36 faiz137 min 476 manat | 519 min 356 manat |
“BMC Procity (18 M) CNG” | `Qiymət göstərilməyib |
Qalereya
Oxşar xəbərlər
Bakıya 472 min manatlıq lüks avtobuslar gətirilir
Bakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 16-da Türkiyənin "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobus alınması üçün 141 milyon 801 min 180...