Bakıda sərnişin dolu avtobus tüstülədi (VİDEO)

Bakıda sərnişin dolu avtobus tüstülədi (VİDEO)
Video
Sosial 1001
Bakıda 94 nömrəli sərnişin avtobusu yolda tüstülüyüb. BAKU.WS-in məlumatına görə, 99-XT-628 dövlət qeydiyyat nişanlı avtobus texniki nasazlıq yaradıb. Marşrut yolda tüstüləməyə başlayıb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə bildirib ki, Tərlan Qəniyev adlı sürücünün idarə etdiyi avtobus xətdə olarkən texniki nasazlıq yaradıb. Avtobus dərhal istehsalat bazasına qaytarılıb. Qurumun sözçüsü deyir ki, Zəruri texniki işlər görüldükdən sonra nəqliyyat vasitəsi yenidən xətdə buraxılıb. Onun sözlərinə görə, paytaxtın marşrut şəbəkəsində mövcud avtobusların 50%-i texniki baxımdan yararsızdır. "BNA avtobus bazasının yenilənməsi ilə bağlı daşıyıcılar qarşısında tələb qoyub. Bu tələbə uyğun olaraq 2017-ci ildə 1000 ədədə yaxın avtobus əsaslı təmir edilib. Bununla yanaşı bir neçə marşrut xətti üzrə yeni nəqliyyat vasitələri alınaraq Bakıya gətirilib. Avtobus bazasının yenilənməsi işləri bu gün də davam etməkdədir. Bir məqamı unutmayaq ki, BNA sərnişindaşıma ilə məşğul olmur, avtobuslar da BNA-ya aid deyil. Bunlar hamısı daşıyıcıyalar aid məsələlərdir. Biz bu sahəyə nəzarət edən dövlət qurumu olaraq bütün zərurui tədbirləri görürük ki, daşıyıcılar qısa vaxtda avtobuslarını yeniləsin. Təbii müəyyən bir zaman kəsiyindən sonra bu tələbə əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bu avtobusların məsələsi nəzarətə götürülüb. Daşıyıcının verdiyi məlumata görə, Tərlan Qəniyev adlı sürücünün idarə etdiyi avtobus xətdə olarkən texniki nasazlıq yaradıb. Avtobus dərhal istehsalat bazasına qaytarılıb". TuncayBAKU.WS

Oxşar xəbərlər

Bakıda içi sərnişin dolu avtobusda yanğın

Bakıda içi sərnişin dolu avtobusda yanğın

Bu gün 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TF 379 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub.Bakı Nəqliyyat Agentliyindən BAK...

2719 Hadisə 13:00 11 fevral 2018

Son xəbərlər