Bakıda sərnişin dolu 32 nömrəli avtobus "avtoş"luq etdi (VİDEO)

Bakıda sərnişin dolu 32 nömrəli avtobus avtoşluq etdi (VİDEO)
Video
Video 2225
Bakıda sərnişin dolu 32 nömrəli avtobus sürücüsü yol qaydalarını kobud şəkildə pozub. BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə Qorxmaz Mustafayev adlı istifadəçi avtbosun qayda pozuntusunu videolentə alıb. Videoda avtobus sürücüsü qırmızı işıqda keçməsi görünür. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Qorxmaz Mustafayevin paylaşdığı videoya münasibət bildirib. “Əslində sərnişinlərin və yoldakı digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan bu cür kobud qayda pozuntusuna yol verən sürücüyə qarşı DYP tərəfindən zəruri cəza tədbirləri görülməlidir. BNA olaraq biz əlbətdəki öz səlahiyyətlərimiz çərçivəsində avtobusun üzərindəki eyniləşdirmə nömrəsinə əsasən sürücünü dərhal müəyyənləşdirib daşıyıcıdan zəruri tədbir görülməsini tələb edəcəyik. Videonu çəkən və paylaşanlara da ayrıca təşəkkürümüzü bildiririk. Bir daha ictimaiyyəti bu cür xoşagəlməz hallara biganə qalmayıb birgə mübarizəyə səsləyirik. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, BNA-nın avtobuslara verdiyi eyniləşdirmə nömrələri nəzarət tədbirlərinin gücləndirilməsi baxımında əhəmiyyətlidir” TuncayBAKU.WS

Son xəbərlər