“Google”dan radikal qərar - Türkiyədə işləməyəcək
Türkiyə Rəqabət Qurumu haqsız rəqabətə yol açdığı səbəbi ilə ABŞ-ın “Google” şirkətini 93 milyon lirə (təxminən 27 milyon manat) cərimələmişdi.
BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, şirkət verilən cəzanın düzəldilməyəcəyi təqdirdə Türkiyədəki firmalar “Google” məhsulları üçün lisenziya verilməyəcəyini açıqlayıb.
Bu o deməkdir ki, “Google” şirkətinin məhsulları, Google Search, Google Play, YouTube, Gmail, o cümlədən “Android” əməliyyat sistemi Türkiyədəki texnikalarda işləməyəcək.
Qərar 12 dekabrdan sonra istehsal ediləcək bütün smartfonlara tətbiq ediləcək. Lakin, hazırda işləyən smartfonlarda isə əvvəlki qaydada işləyəcək.
Qeyd edək ki, Türkiyədə 1 ildə satılan 10 milyondan çox elefonun 89 faizi “Android” əməliyyat sistemi ilə çalışır.
Xatırladaq ki, buna bənzər qərarı ABŞ Çinin “Huawei” şirkətinə qarşı almışdı.
Oxşar xəbərlər
Bakı Böyük Britaniyadan ən çox uçuş olan şəhərlər sırasındadır
Azərbaycan və Bakı Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb. BAKU.WS trend-ə istinadən xəbər verir ki, reytinq “Google” axt...