“Galatasaray”ın yeni transferi olan ulduz futbolçudan Türk xalqına mesaj - VİDEO

“Galatasaray”ın yeni transferi olan ulduz futbolçudan Türk xalqına mesaj - VİDEO
Video
Siyasət 254

Ötən gün “Roma”dan Türkiyənin “Galatasaray” klubuna transfer olunan futbol üzrə İtaliya millisinin hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolo Türkiyə xalqına dəstək mesajı yayımlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Galatasaray” klubu paylaşım edib.

Paylaşımda Zanilio, “Muhammed və Türk xalqı üçün çox üzgünəm. Mən dəstək oldum. Hamımız töhfə verək və birlikdə hər zamankından daha güclü olaq”, - ifadələrini işlədib.

Qeyd edək ki, Muhammed Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalaraq həyatını itirən “Galatasaray” tərəfdarı gənc idi.

Onun sosial şəbəkə hesabında etdiyi son paylaşım da məhz N.Zaniolonun transfer xəbəri olub.

Sözügedən videonu təqdim edirik:

Son xəbərlər