"Formula-1"in keçmiş prezidentinin qızından 67 milyon dollar oğurlanıb - FOTO

Formula-1in keçmiş prezidentinin qızından 67 milyon dollar oğurlanıb - FOTO
Foto
Siyasət 510

"Formula-1" dünya avtomobil yarışları çempionatının keçmiş rəhbəri, milyarder Berni Ekklstounun qızı polisə şikayət edib. BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, 35 yaşlı Tamara Ekklstoun Londonun Peles-Qrin küçəsindəki evindən qarət olunub.

Şikayətçinin dediyinə görə, oğrular 13 dekabrda malikanədə heç kim olmayan zamanı oraya daxil olublar və 50 milyon funt sterlinq (67 milyon dollar) dəyərində zinət əşyaları götürüblər.

Hüquq-mühafizə orqanları cinayət hadisəsini araşdırır. Cinayət törədənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Son xəbərlər