Əflatun Amaşov: Milli Məclisdə baş verənlər olduğu kimi təqdim edilmir
03
okt
2018
13:15
“Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim edilmir. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir”.BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır:“İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.BAKU.WS
Oxşar xəbərlər
Əflatun Amaşov Elmar Vəliyevə silahlı hücum edilməsi xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumla bağlı yanlış məlumatlar yayılmaqdadır.BAKU.WS xəbər verir ki, bu barədə Mətbuat Şur...