Əflatun Amaşov hökumətdən saytlara 1 milyon manat istədi - TƏKLİF
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.
Modern.az-ın xəbərinə görə, Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın.
Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib.
Mətbuat Şurasının sədri qeyd edib ki, həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar.
BAKU.WS
Oxşar xəbərlər
2017-ci il dövlət büdcəsində proqnozlaşdırılan gəlirlər açıqlandı
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri isə 16,9 mlrd. manat həcmində proqnozlaşdırılır. "Report"un verdiyi xəbərə görə,...