Əflatun Amaşov homoseksuallarla bağlı jurnala münasibət bildirib
"Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir".
BAKU.WS məlumat veir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib:
"Avropada da müəyyən dəyərlər var ki, biz onların bir hissəsini mənimsəyirik və öz dəyərlərimizi Avropaya, dünyaya ixrac edirik. Eyni zamanda Azərbaycan tolerant ölkədir. Azərbaycanın qanunları dünyanın inkişaf etmiş ölkələrinin qanunları ilə bərabər səviyyədədir. Ancaq bizim ali mənəvi dəyərlərimiz var. Biz dünyadan nə qədər dəyərlər mənimsəsək də, özümüzün əsrlər boyu formalaşan dəyərlərimizi qoruyub saxlamalıyıq və o dəyərləri aşağılayan heç bir hala yol verməməliyik. Ona görə də Azərbaycanda belə bir jurnalın nəşr olunmasına təəssüf edirəm. Əminəm ki, bu jurnal milli dəyərlərimizə zidd olduğu üçün özünə yer tutmayacaq”.
Millət vəkili bildirib ki, Azərbaycanda bundan əvvəl də milli dəyərlərimizə zidd nəşrlər olsa da, sonradan özlərinə oxucu qazana bilmədiyi üçün bağlanıb.
Qeyd edək ki, Azərbaycanda homoseksuallarla bağlı "Monority” adlanan jurnal nəşr olunub. Jurnalda milli-mənəvi dəyərlərimizə tamamilə zidd şəkillər və materiallar yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Millət vəkilindən Rəsulzadəyə satqın deyən həmkarına sərt cavab
"Rəsulzadə yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı. O, bizim nə qədər sərvətimizi...