Fazil Məmmədov istefa verdi
02
okt
2018
15:03
Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb. BAKU.WS report-a məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb. Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb. Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir. BAKU.WS
Oxşar xəbərlər
Fazil Məmmədovdan XƏBƏR VAR - "Əvvəlki kimi Türkiyədədir və..."
Azərbaycan Güləş Federasiyasında heç bir maliyyə problemi yoxdur.BAKU.WS xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında bu gün milli komandanın məşqinə baş...