Mikayıl Cabbarov Vergilər naziri təyin edildi
05
dek
2017
16:53
Prezident İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam verib. BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd edilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin".Digər bir sərəncamla Mikayıl Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilsin".BAKU.WS
Oxşar xəbərlər
Prezident Mehriban Əliyevaya yeni köməkçi təyin etdi
Prezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam verib. BAKU.WS-in məl...