Prezident Mehriban Əliyevaya yeni köməkçi təyin etdi

Prezident Mehriban Əliyevaya yeni köməkçi təyin etdi
Siyasət 14051

 

Prezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam verib. 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilsin".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Elçin Oktyabr oğlu Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.

BAKU.WS

Son xəbərlər