Azad Rəhimov Fazil Məmmədovun qudasına vəzifə verdi
10
may
2018
16:21
Gənclər və İdman Nazirliyində (GİN) Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.BAKU.WS-in məlumatına görə, tədbirdə nazir Azad Rəhimov Namiq Əliyevin yenidən AGF-yə dəvət olunduğunu və I vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb. Bununla yanaşı, nazir Firdovsi Umudovunsərbəst güləş üzrə milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda çalışacağını əlavə edib.A.Rəhimov bu qayıdışı belə şərh edib: "Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhfələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşünü hər kəs çox müsbət qiymətləndirib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək".Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən Olimpiya Komplekslərindən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) ilə sıx çalışmalarını məsləhət görub.Öz növbəsində, N.Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti Firdovsi Umudov, vitse-prezidentElcin CəfərovGənclər və İdman Naziriyinə daim göstərilən dəstək üçün təşəkkürünü bildirib, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına və 2020-ci il Tokyo olimpiadasına xüsusi hazırlıq keçəcəklərinə söz veriblər.Qeyd edək ki, Namiq Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Keçmiş nazirin qızı onun oğlu ilə ailə qurub. Namiq Əliyev bir müddət əvvəl vergilər nazirinin müavini vəzifəsindən azad edilib. Bundan bir müddət əvvəl isə o, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov tərəfindən maliyyə vəsaitlərinin külli miqdarda mənimsənilməsi faktlarına görə federasiyanın vitse-prezidenti vəzifəsindən azad edilmişdi.BAKU.WS
Oxşar xəbərlər
Nenad Laloviç: Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir
Xəbər verdiyimiz kimi, Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç ölkəmizdə səfərdədir.BAKU.WS xəbər verir ki, səfər çərçivəsində qonaq yığma komanda...