"Facebook" şəxsi məlumatları profildən çıxarmaq imkanı təqdim edəcək

Facebook şəxsi məlumatları profildən çıxarmaq imkanı təqdim edəcək
Siyasət 223

"Facebook" sosial şəbəkəsi istifadəçilər üçün şəxsi məlumatlarını profildən çıxarmağa imkan verən vasitə təqdim edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat yayılıb.

Bu vasitə Facebook profilinin avtorizasiyası zamanı üçüncü tərəf olan saytlar və servislərdən məlumatları gizlətməyə imkan verəcək.

"Facebook"un yenilənmiş xəbər lentində məxfilik parametrləri barədə xəbərdarlıq bildirişləri görünməyə başlayacaq.

Bu vasitə istifadəçilərə imkan verəcək ki, onlar profilindəki məlumatların kimlər tərəfindən izlənilə bilməsini əvvəlcədən bilsin.

Bir neçə həftə ərzində "Facebook" 2 milyard insanı bu yenilikdən istifadə etməyə dəvət edəcək.

Son xəbərlər