Ermənistanda əhali Qarabağa göndərilməklə hədələnir (VİDEO)
Ermənistanda hökumətə qarşı etiraz aksiyasında iştirak edənlər təhdid olunur. Bu barədə erməni mətbuatı xəbər yayıb.
Verilən məlumata görə, dünən Kotayk vilayəti Qarni kəndinin sakininə zəng edən naməlum şəxs onları "oğlunu Qarabağa əsgərliyə göndərəcəyik" deyə hədələyib. Hədələnən şəxs keçirilən etiraz aksiyası zamanı Ermənistanın baş naziri "Ovik Abramyana istefa!" yazılan plakat tutmuş Qarni kənd sakini Arusyak Ayvazyan olub.
Onun atasına zəng edən şəxs oğlunun özünü yığışdırmasını tələb edərək əks halda onu Qarabağa döyüş zonasına göndərməklə hədələyib.
Aksiyada iştirak etmiş digər şəxslər də təhdid zəngləri aldıqlarını təsdiq edib. Aprelin 13-də hökümətə etiraz edən sakinlər Qeqard kompleksinə gedən yolu 8 saat bağlayib.
Aprelin 13-də həmçinin İrəvanda Rusiya səfirliyi qarşısında mitinq keçirilib. Ermənilərin etiraz yürüşü Azadlıq meydanından başlayıb. Mitinq Ermənistanda yerləşən Rusiya səfirliyinin binası qarşısında bəyanat səsləndirildikdən sonra başa çatıb. Burada etiraz aksiyasının iştirakçıları adından Rusiyaya qarşı növbəti tələblər irəli sürülüb. Ermənilər Rusiyadan bunları tələb edib:
1. "De-yure" siyasi müttəfiqinin öz vəzifələrini icra etməsi, gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək,
2. Azərbaycana silah satışını dərhal dayandırmaq.
Sonuncu dəfə Ermənistanın paytaxtı İrəvanda bir qrup ictimai fəal Rusiya səfirliyi qarşısında martın 8-də etiraz aksiyası keçirib. Aksiyaçılar Rusiyada həbsdə saxlanan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər. Nümayişçilər əllərində Ukrayna bayrağı və Rusiyada iki jurnalistin ölümündə ittiham olunan Nadejda Savçenkonun şəkillərini tutublar.
anspress
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərdən Putinə etiraz (VİDEO)
İrəvanda Rusiya səfirliyi qarşısında mitinq keçirilib. Ermənilərin etiraz yürüşü Azadlıq meydanından başlayıb. Mitinq Ermənistanda yerləşən Rusiya səfirliyinin...