Rusiya Ermənistanı Qarabağda tək qoyur

Rusiya Ermənistanı Qarabağda tək qoyur
Siyasət 4981

 

Dünən Ermənistan vətəndaşları Qarabağda baş verən döyüşlərə etiraz əlaməti olaraq aksiya keçirib.

BAKU.WS-in məlumatına görə, şəhər küçələrinə toplaşan ermənilər Rusiya səfirliyinin binasına hücum çəkib. Ancaq səfirliyin binası qarşısında polis növbə çəkdiyi üçün vətəndaşlar binanın ətrafına yaxınlaşa bilməyib. Ermənistan KİV-i yazır ki, aprelin əvvəlində cəbhədə vəziyyət gərginləşdiyi bir vaxtda Rusiya səfirliyinin qarşısındakı polislər gücləndirilmiş vəziyyətə gətirilib. Silahlandırılan polisə gərginliyin artması zamanı atəş açmaq əmri verilib. 

Maraqlısı ondadır ki, bu qərar yalnız Rusiya səfirliyi üçün şamil edilib. Səfirlikdən də bu informasiyanı təsdiq etdilər. Yerevandakı digər ölkələrinin səfirliklərində təhlükəsizliklə bağlı heç bir əlavə tədbir görülməyib. 

Adətən düşmən dövlətlərin səfirlikləri belə rejimə keçir. Rusiya Ermənistanda özünü bu rolda görürmü? Ermənistan KİV-i hesab edir ki, erməni cəmiyyətində Rusiya ilə bağlı problemlər var. Rusiyanın siyasəti günbəgün ermənilərin gözlərini açır və onları reallığa aparır. Son hadisələr göstərdi ki, Rusiyada güc və resurs artıq yoxdur. Ermənilər Rusiyanın Qarabağda sadə erməniləri qırdıracağını hesab edərək buna etiraz edirlər. 

BAKU.WS

Son xəbərlər