Erməni narkobaronun İrəvanda milyonluq toy korteci (VİDEO)

Erməni narkobaronun İrəvanda milyonluq toy korteci (VİDEO)
Video
Şou-biznes 5139

 

Ermənistanda onlarla "Qelendvaqen"in iştirakı ilə toy korteci təşkil olunub. 

BAKU.WS-in məlumatına görə, İrəvanda paytaxt sakinlərindən biri özü üçün möhtəşəm toy qeyd edib. Toy mərasiminə gələn qonaqların bahalı avtomobilləri Ermənistan kimi kasıb bir ölkə üçün həddən artıq çoxdur.   

Sirr deyil ki, Ermənistanın iqtisadiyyatı böhran içindədir. Ölkədə demək olar ki, hər gün hökumətə qarşı etiraz aksiyaları keçirilir. İşsizliyin tüğyan etdiyi bir ölkədə sadə erməni bu cür toy edə bilməz. Hökumət tərkibində olan məmurların övladları belə bu cür bahalı toy etmək imkanına malik deyil. 

Demək olar ki, Ermənistandakı bütün "Qelendvaqen"ləri toy kortecinə toplayan səbəbkar çox güman ki, narkotik alverçisidir. Belə ki, çoxlarına sirr deyil ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik əkib milyonlar qazanır. Narkobaronların toplaşdığı toy mərasiminin səbəbkarı barədə dəqiq məlumatlar yoxdur. Ancaq toy korvanının videosu Ermənistanda sosial şəbəkələrdə paylaşıldıqdan sonra ölkədə böyük səs-küyə səbəb olub.  

BAKU.WS

Oxşar xəbərlər

1 dollara hansı ölkədə nə almaq olar? (SİYAHI)

1 dollara hansı ölkədə nə almaq olar? (SİYAHI)

Dünyada iqtisadi böhranın tüğyan etdiyi vaxtda insanların yaşayış səviyyəsi günü-gündən pisləşir. Əgər əvvəllər 1 ABŞ dollarına əməlli-başlı bazarlqı etmək mümk...

4917 Şou-biznes 12:29 30 yanvar 2016

Son xəbərlər