Qarabağdan ən son görüntülər (FOTO, VİDEO)
Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşıb.
BAKU.WS-in məlumatına görə, İnstagramda paylaşılan fotolardan Qarabağın bu günki vəziyyətini müşahidə etmək olar. İşğal edilmiş Azərbaycan torpaqlarında yaşayan, əylənən və istirahət edən ermənilər hətta turistlər də qəbul edirlər.
Qarabağdan gəlir mənbəyi kimi istifadə edən Ermənistan hakimiyyəti turistlərə Azərbaycan tarixini erməni tarixi kimi sırıyır və üstəlik həm maddi, həm də mənəvi qazanc əldə etməyə çalışır. Ancaq görüntülərə diqqət yetirdikdə Qarabağda tikililərin sökülüb dağıldığını görmək olar.
Qarabağda tikilib qurulan obyektlər yox səviyyəsindədir. Ermənilər yalnız Azərbaycanın işğal edilmiş torpaqlarının, zəngin təbiəti hesabına turistlərin diqqətini çəkir.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-dən qaçan ermənilər Qarabağa yerləşdiriləcək
Suriyada yaşayan erməni əsilli ailə İŞİD terror təşkilatından qaçaraq Türkiyəyə sığınıb. BAKU.WS-in məlumatına görə, Kobani istiqamətindən Türkiyə sərhədlərin...