Ermənilər Azərbaycanın tarixi məscidini İrana icarəyə verir
Ermənistan hökuməti İrana İrəvanın mərkəzində yerləşən tarixi Azərbaycan məscidini icarəyə verir.
BAKU.WS-in məlumatına görə, tarixi və dini abidə olan Göy məscid (1766-cı il) və ətrafındakı torpaq sahəsi Ermənistanın Mədəniyyət Nazirliyinin sərəncamına verilib.
Torpağın və məscidin mülkiyyət hüququ dövlət qeydiyyatından keçdikdən sonra Ermənistanda İran İslam Respublikasının səfirliyi ilə istifadə hüququ haqqında müqavilə imzalanacaq. Müqaviləyə əsasən, məscid və ətafındakı ərazi 99 illik İrana icarəyə veriləcək. İlkin məlumata görə, məscidin binası mədəni mərkəz kimi istifadə olunacaq.
Xatırladaq ki, Göy məscid Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədi. 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmri ilə[1] tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi cami məscidi idi.
Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilib.
Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. İkinci dünya müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilib. 1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dini ayin və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir
Azərbaycanda dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir. BAKU.WS-in APA-ya istinadən...