Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından dörd il ötür

Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından dörd il ötür
Siyasət 13

Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından dörd il ötür.

2020-ci il oktyabrın 17-də erməni silahlı birləşmələri Gəncə şəhərini təxminən yerli vaxtla gecə saat 1 radələrində "Skat" ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Son xəbərlər