Ermənistanın Azərbaycan hərbçisini qətlə yetirməsi danışıqlar prosesinə zərbə vurur

Ermənistanın Azərbaycan hərbçisini qətlə yetirməsi danışıqlar prosesinə zərbə vurur
Siyasət 516
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən, xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib. Daha sonra Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırdı və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib. Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən Nazir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər