Elmar Məmmədyarov Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb

Elmar Məmmədyarov Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb
Siyasət 699
Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib.Məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər