Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Shamshanyan.com” məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb. Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan tərəfinin dəfələrlə tələb etməsinə baxmayaraq Ermənistan hələ də mina xəritələrini təhvil verməkdən imtina edir.
Oxşar xəbərlər
Macar jurnalist: “Bakı dağıdılmış regionların bərpası üçün pulunu və qüvvəsini əsirgəməyəcək”
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına bu günlərdə səfər etmiş macar reportyorlar arasında “Madyar Nemzet” nəşrini təmsil edən David Laslo da vardı. BAK...